16 C
Baku
Friday, November 22, 2024

SOCAR daha $100 mln. borclanır – İllik faiz dərəcəsi 4.5%

6 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dəyəri 100 000 000 ABŞ dolları olan istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmişdir.

Bu barədə Banker.az-a BFB-dan bildirilir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi BFB-də abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 20 sentyabr tarixindən başlayacaq və oktyabrın 29-dək davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə əsas anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bakı Fond Birjasının üzvü olan bütün investisiya şirkətləri abunə yazılışında iştirak edəcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2002019894 Faizli, təmin edilməmiş, sənədsiz adlı 100,000

(ədəd)

1,000

USD

4.5 % 5 il Hər 3 (üç) aydan bir

 

Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

SOCAR İstiqrazları ilə bağlı ətraflı məlumat üçün socarcapital.az və socaristiqraz.az portallarında məlumat verildiyi qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər