Məhkəmənin 2 sentyabr 2021-ci il tarixli qərarı ilə “Dəniz Tədris Kursları” MMC -yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.
Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Belə ki, “Dəniz Tədris Kursları” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Zaqatala rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır.