Bosniya və Hersoqoviniyanın paytaxtı Sarayevada Latın körpüsündə küçələrin kəsişməsində dünyanı və tarixi dəyişmiş hadisələri, bəşəriyyətin müharibə yolunu əks etdirən muzey yerləşir.
Məhz burada 28 iyun 1914-cü ildə məhz burada hersoq Frans Ferdinand və onun həyat yoldaşı Sofiyanın qətlə yetirildiyi “Sarayeva qətli” baş verir. Qatil rolunu isə Serbiyadan olan gimnazist Gavrila Prinsip götürmüşdü. O 6 nəfərdən ibarət terrorist qrupunun üzvü idi.
Gavrila öz dəstə yoldaşlarının bir neçə dəqiqə əvvəl edə bilmədiyini həyata keçimişdi. Onlar hersoqun olduğu korteci partlatmalı idilər. Frans Ferdinandın qətlə yetirilməsi ilə də Birinci Dünya Müharibəsi başlanır. Qatil isə dərhal həbs olunmuşdu. Ona 20 illik həbs cəzası verilsə də, 3 ildən sonra dünyasını dəyişir.