Avropada təbii qazın qiyməti bir min kubmetr üçün 660 dolları keçib.
Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.
Bildirildiyi kimi, sentyabrın 8-i oktyabr fyuçerslərinin qiyməti bir min kubmetrə görə 662 dollara çatıb.
Mütəxəssislərin fikrincə, yaxın aylarda Avropada qiymətlər dəyişməz qalacaq.