3 C
Baku
Saturday, December 14, 2024

MBNP-nin sabiq əməkdaşı Azərbaycan Kredit Bürosunun rəhbərliyinə təyinat aldı

Azərbaycanın ilk özəl kredit bürosu “Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Baş direktoruna yeni müavin təyin edilib.

Banker.az xəbər verir ki, bu, Seymur Həsənovdur. O, vəzifəsinin icrasına sentyabr ayından start verib.

S.Həsənov  2013-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankında və 2016-2019-ci illərdə isə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında Reyestri Xidmətində rəhbər kimi çalışıb.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12.5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azerbaijan” ASC-lərdir.

Son xəbərlər
Digər xəbərlər