6 C
Baku
Saturday, December 14, 2024

Cəlilabadın yeni başçısı – DOSYE

Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rafiq Cəlilov vəzifəsindən azad edilərək, Cəlilabad Rayonu İcra Hakimiyyəti başçısı təyin edilib.

Cəlilov Rafiq Əsgər oğlu 1963-cü il 13 yanvar tarixində anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirmişdir.

Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdi.

Ailəlidir, 3 övladı var.

Son xəbərlər
Digər xəbərlər