12 C
Baku
Wednesday, December 11, 2024

Kompüterlərə bu il tələb artıb – əhali 232 milyon manatlıq alıb

İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-avqust aylarında kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 232.4 milyon manat xərcləyib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir. Belə ki, ötən ilin 8 ayına nisbətən cari ildə kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəlir 21% artıb.

2021-ci ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin  0.9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər