7 C
Baku
Sunday, December 15, 2024

Uzun müddət sonra geriləmədən çıxa bildilər – daha çox daşınma olub

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-avqust aylarında 9,6 mln. ton yük və 1 533,3 min sərnişin daşınıb.

Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,5%, sərnişin daşınmasında isə 0,1% artım müşahidə olunub.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 339 vaqon yüklənilib, 323 vaqon isə boşaldılıb.  Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,6 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Son xəbərlər
Digər xəbərlər