2 C
Baku
Saturday, December 14, 2024

Wall-Street liftlərində eşidilən sitatlar

Twitter-də Goldman Sachs Elevator adlı profili edən Con Lefevr Wall-Street-ə yaxın olduğunu iddia edir və öz bloqunda birjanın ofis və liftlərində eşitdiyi sitatları paylaşır. Bu sitatlardan bəzilərini diqqətinizə çatdırırıq. 

  • Hər bir telefon danışığını bu sözlərlə başlayıram: “Telefonum sönmək üzərədir, gəl tez ən vacib olandan danışaq”.
  • Əgər həzm sistemin yaxşı işləyirsə, başında hələ tük varsa və yaxşı işin varsa evlənməyə tələsmə. 10 il gözlə və seçim et.
  • Mən səninlə razılaşardım, lakin bu halda ikimizdə haqsız olacayıq.
  • Əgər məni işdən qovsalar bu həyat yoldaşım üçün yaxşı sınaq olacaq. Yox əgər vəzifəmi qaldırsalar o zaman mənim üçün.
  • İnsana balıq tutmağı öyrət və o ona balıq tutmağa vəd verən hər kəsə səs verməyə hazır olacaq.
  • Əksər məşhur insanların ali təhsili belə yoxdur. Yaxşı bu halda onlarla necə hər hansı vacib bir məsələni müqayisə edəsən?!
  • Yalnız neandertallar fiziki təcavüz səviyyəsinə qədər enir. Mən isə insanı mənəvi olaraq əzməyə – ruhunu sındırmaq və ümidini üzməyə üstünlük verirəm.
  • Həyatda sevdiyim ən böyük əyləncələrdən biri odur ki, kimsə öz selfie-sini yerləşdirir və heç kim onu “like” etmir.
  • Müsahibini dinləməyin yarı faizi öz sözünü demək növbəni gözləmək, yarı faizi isə hər 10 saniyədən bir üz ifadəni dəyişməkdən ibarətdir.
  • Nə vaxt “1 dəqiqə səni olar?” sualını eşitdikdə başa düşürəm ki, heç vaxt geri qaytara bilməyəcəyim 30 dəqiqəmi itirəcəm.
  • “Özün ol” – təqribən 5% insan üçün əla məsləhətdir.
  • Tezliklə başa düşəcəksən ki, susmaq – kimisə başından rədd etməyin ən yaxşı yoludur.
  • Mənə “Biz mütləq görüşməliyik” dedikdə “Əlbəttə, sənə zəng vuracam” cavabını verirəm. Bu yalana yalanla cavab verməkdir.
  • Mənim iPhone üçün örtüyə ehtiyacım yoxdur, məgər mən məsuliyyətsiz və yaxud yoxsulam?!
  • İnsanlar Suriya haqqında fikir irəli sürməmişdən öncə onu xəritədə göstərməyi bacarmalıdırlar.
  • Çox təəssüf ki, axmaqlıq öz sahibinə zərər yetirmir.
  • Bəzi insanlar hətta öz həyatları ilə bağlı filmdə ikinci planda olan rolu oynardılar.
  • Əgər yalnız bir cəhət üzrə ən yaxşı olmalı olsan – yalan üzrə ol. Bu halda hər şeydə yaxşı sən olacaqsan.
  • Yanımızda olan birinin öz telefonuna baxması halında sənin də öz telefonunu çıxararaq baxmağın – dövrün əsnəməyidir.
  • Ən uğurlu və uğursuz insanları bir cəhət birləşdirir. Belə ki, onlardan hər biri heç vaxt səhv etməyəcəklərini düşünürlər.
  • Pul insanı xoşbəxt edə bilməsə də, onu bədbəxt edən problemlərin 95%-ni həll edir.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.