1 fevral tarixində ölkədə depozitlər üzrə orta faiz dərəcəsi azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, depozitlər üzrə faiz dərəcəsi isə ötən aya nisbətən azalaraq, manatla 8,82 %, xarici valyuta ilə 8,93 % -nə düşüb.
Xatırladaq ki, ötən ay depozitlər üzrə orta faiz dərəcəsi manatla 8,86%, xarici valyuta ilə isə 9,24% təşkil edirdi. Daha çox azalma xarici valyuta üzrə müşahidə olunub.
Bununla yanaşı hüquqi şəxslər üzrə depozitlər orta faiz dərəcəsi manatla 5,66 %, xarici valyuta ilə 4,36 %, fiziki şəxslər üzrə isə manatla 9,41 %, xarici valyuta ilə isə 10,05 % təşkil edib.
O cümlədən 1 aya qədər verilən depozitlər manatla 8,06 %, xarici valyuta ilə 7,96 % təşkil edib.