Çinin logistik şirkəti Azərbaycanda yeni şirkət yaradıblar.
Banker.az xəbər verir ki, Çin Xalq Respublikasının TOP50 ən böyük şirkətlərindən biri olan “Greenroad International Logistics Private Limited” Azərbaycanda eyni adda törəmə şirkəti təsis edib.
“Greenroad İnternational Logistics” MMC olan Azərbaycandakı bu şirkətin direktoru Ke Xu-dur. K.Xu Azərbaycandakı şirkətlə bərabər bir neçə törəmə şirkətlərin birbaşa rəhbəridir.
Azərbaycandakı bu şirkətin nizamnamə kapitalı 100 manat olaraq qeydiyyata alınmış və Bakı Şəhəri Nərimanov Rayonu, Qarabağ ev.48, M12 m.3 ünvanında dövlət qeydiyyatına alınıb.
“Greenroad International Logistics Private Limited” 1998-ci ildə yaradılıb və 40-dan çox ölkədə fəaliyyət göstərir.