13 C
Baku
Friday, November 22, 2024

“Fitch” Türkiyə iqtisadiyyatı üzrə proqnozunu yüksəldib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatının builki artım tempi üzrə proqnozunu 7,9%-dən 9,3%-dək yüksəldib.

Sözügedən artımın son 10 ildə qeydə alınmış ən kəskin böyümə olacağı gözlənilsə də, COVID-19 pandemiyasının yaratdığı böhrandan bərpa hələ davam edir.

“Fitch”ə görə, 2022-ci ildə ölkə ÜDM-nin artım tempi 3,5%-dək yavaşlayacaq, 2023-cü ildə isə 4,5%-dək sürətlənəcək.

Lakin agentlik qeyd edir ki, sözügedən artım ilə birlikdə ölkədə yüksək və artan inflyasiya müşahidə olunmağa davam edəcək. Belə ki, agentliyin mütəxəssisləri güman edir ki, bu il Türkiyədə illik inflyasiya 17,2%, gələn il 13,4%, 2023-cü ildə isə 10,5% təşkil edəcək.

Xatırladaq ki, 2020-ci ildə Türkiyədə ÜDM-in artım tempi 1,8%-ə, illik inflyasiya isə 12,3%-ə bərabər olub.

 

Son xəbərlər
Digər xəbərlər