2021-ci ilin 1 sentyabrına Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi maksimum yeniləməkdə davam edir.
Banker.az-a Azərbaycan Mərkəzi Bankdan daxil olan statistik göstəricilərə görə, banklar tərəfindən fərdi sahibkarlar verilən xalis kreditlərin həcmi 1 milyard 195.1 milyon manata çatıb. Bu da ilin əvvəlindən indiyə qədər 348.1 mln. manat, yaxud 41.1%, son ayda isə 48.8 mln. manat, yaxud 4.3% artmışdır.
Fərdi sahibkarlar verilən kreditlərin 1 milyard 123.6 milyon manatı (öncəki ayda: 1 079.6 mln. manat) milli valyutada və 71.6 milyon manat (66.8 mln. manat) ekvivalentində isə xarici valyutada verilmişdir.
Kreditlərin isə 1 041.3 manatı uzunmüddətli milli valyutada verilən kreditlər təşkil edib.