“Goldman Sachs Group” şimal yarımkürəsində yaxınlaşan qışın həmişəkindən daha soyuq olacağı təqdirdə neftin bir barelinin 90 dollara yüksələ biləcəyini açıqlayıb.
Banker.az xəbər verir ki, bu, bankın hazırkı proqnozundan 10 dollar yüksəkdir və bu artım İngiltərənin elektrik enerji təchizatçıları üçün fəlakətli nəticələrə çevrilmiş uzun müddət yüksək qaz qiymətləri ilə müşayiət olunacaq.
Təşkilat bu həftənin ortalarında Avropaya qaz tədarükünün azalmasının qlobal neft hasilatının məhdud olduğu bir vaxtda alternativ yanacaq olaraq neftə olan tələbatı artıracağını bildirib.
“Goldman Sachs” bunun əsas səbəbinin ABŞ-ın Meksika Körfəzində baş vermiş qasırğanın olduğunu qeyd edib. Bununla yanaşı, qaz qiymətlərinin düşməsi gözlənilmir.