6 C
Baku
Saturday, December 14, 2024

“Rail Baltica” magistralının istismara verilməsi 2030-cu ilədək təxirə salınıb

Dar keçidli “Rail Baltica” dəmiryol xətti nəzərdə tutulduğu kimi 2026-cı ildə deyil, 2030-cu ildə istifadəyə veriləcək.

TASS verdiyi məlumata görə, bu barədə Estoniyanın “Rail Baltica” müəssisəsinin İdarə Heyətinin sədri Tunu Grünberg bildirib.

“İndiyədək 2026-cı il bizim öz məqsədimiz idi, bu müddət Avropa səviyyəsində müəyyən edilməmişdi. Lakin indi təəssüf ki, bu cədvələ uyğun gələ bilmədiyimiz aydınlaşır. Bir tərəfdən, layihənin texniki və inşaat işləri vaxtında yerinə yetirilməyəcək, digər tərəfdən, maliyyələşdirmə layihəni tam olaraq əhatə etmir”, – deyə T. Grünberg qeyd edib.

Xatırladaq ki, magistral dəmir yolun işə salınması 2030-cu ilədək baş verməli idi. Belə ki, Avropa nəqliyyat şəbəkəsi (TENT-T) istismara məhz bu il hazır olmalıdır.

Grünberg əlavə edib ki, Estoniyada ərazisində əsas trasın layihələndirməsində yaranan çətinliklər də “Rail Baltic”in inşasına mane olur.

Qeyd edək ki, Avropanın vahid dəmir yolu (1 435 mm) magistralı olacaq “Rail Baltica” Tallin, Riqa, Kaunas (Vilnüsə ayrılmaqla), Varşava və Berlini birləşdirərək Mərkəzi və Şərqi Avropa arasında əlaqəni yaxşılaşdırmalıdır. Layihənin dəyəri təxminən 5,8 mlrd. avro məbləğində qiymətləndirilmişdi və Avropa Komissiyası maliyyələşmənin böyük hissəsini (təxminən 85%) öz üzərinə götürmüşdü.

Son xəbərlər
Digər xəbərlər