8 C
Baku
Monday, November 18, 2024

€1.5 milyardlıq zərər – ən böyük hava limanı zərərdən çıxacağı tarixi açıqlayıb

Alman Hava Limanları Birliyi (ADV), hava trafikinin artmasına baxmayaraq, 2021 -ci ildə Almaniyadakı hava limanlarından 1.5 milyard avro zərər gözlənildiyini bildirib.

Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,  Almaniyanın ən böyük hava limanı olan “Frankfurt Hava Limanı”nın Baş İcra Direktoru (CEO) Schulte, 2024 -cü ildən sonra sərnişin sayının tədricən 2019 səviyyəsinə çatacağını söyləyib.

2019-cu ildə ümumilikdə 800 milyon avro vergi əvvəli mənfəət elan edən Alman hava limanları, keçən il covid-19 görə sərnişinlərin azalması səbəbindən 2.1 milyard avro itirib. ADV Almaniya hava limanlarının bu il də 1.5 milyard avro itirəcəyini gözləyir. 19 İyun – 12 Sentyabr tarixləri arasında Almaniyanın hava limanlarında ümumi sərnişin sayı əvvəlki bir ilin eyni dövrünə nisbətən 15 milyon artaraq 28,6 milyona çatıb. Bu, 2019 -cu ilin eyni dövründə sərnişin sayının 52 faizinə bərabərdir.

Son xəbərlər
Digər xəbərlər