14 C
Baku
Sunday, September 29, 2024

Ərdoğan Türkiyədə ilk AES-in işə başlayacağı vaxtı açıqlandı

Türkiyədə inşası davam edən “Akkuyu” atom elektrik stansiyasının (AES) ilk reaktoru 2022-ci ildə açıla bilər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

O bildirib ki, Mersin şəhərində Rusiyanın “Rosatom” şirkəti ilə birgə inşa olunan AES-də işlər plana uyğun davam edir. Tikintidə 13 min nəfər işləyir.

Qeyd edək ki, Türkiyədə ilk AES olacaq “Akkuyu” 4 reaktordan ibarət olacaq. Stansiyanın 5 min meqavata yaxın enerji istehsal etməsi nəzərdə tutulur.

Bundan əvvəl ilk reaktorun 2023-cü ilədək hazır olacağı bildirilirdi.

Son xəbərlər
Digər xəbərlər