Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 20-si, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 28-i, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim edə bilər. Əlaqələndirici şəxslər qurumun Hüquq departamentindən Elvin Şirdanov və İnzibati departamentindən Ceyhun Səmədovdur. Telefon: (012) 493-11-22 (daxili: 428 və 599).
Təkliflərə oktyabrın 29-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.