Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə liderləri arasında Soçidə keçirilən danışıqların nəticələrindən danışıb.
Banker.az xəbər verir ki, onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı situasiya imkan versə ilin sonuna qədər bir də görüşməyi planlaşdırırlar.
“Prezidentlər mövzunu işləməyi və ilin sonuna qədər Ali Dövlət Şurasını keçirməyi danışıblar. Əlbəttə ki, sanitariya və epidemioloji vəziyyət buna imkan versə”, – deyə Peskov qeyd edib.
Kremlin sözçüsü bildirib ki, prezidentlər arasında aparılan danışıqlar zamanı iqtisadi əməkdaşlıq, xüsusilə Türkiyədə daha iki nüvə stansiyasının tikilməsi və “Türk axını” vasitəsilə qaz tədarükünün həyata keçirilməsi məsələləri qaldırıb.
“Hərbi-texniki əməkdaşlıq baxımından münasibətlərin davam etdirilməsi, o cümlədən S-400-lərin imkanlarının genişləndirilməsi barədə danışılıb. Digər sahələrdə bəzi komponentlərin Türkiyə ərazisində istehsalının mümkünlüyü müzakirə edilib”, – deyə Peskov əlavə edib.
Bundan əlavə, ölkə başçıları Suriya, Əfqanıstan, Liviya və Dağlıq Qarabağ məsələləri haqqında danışıb.