OPEC+ alyansının iki gün öncəki qərarı ardından neftin qiyməti daha bir yüksəlişlə nail oldu.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir barreli dekabr fyuçerslərində 83.08 zirvəsinə qalxdıqdan sonra, yaxın saatlarda 82.50 dollara qədər azalıb. Bu da 2018-ci ilin oktyabrındakı qiymətlər bərabərdir. Hətta 2014-cü ildən həmin ayadək 84 dollar/barrel səviyyəsinin üzərinə qədər artmışdı.
WTI neftinin bir barreli isə noyabr fyuçerslərində 2014-cü ildən bu tərəfə ilk dəfə 80 dollar/barrel səviyyəsinədək yüksəlmişdi.
OPEC+ alyansı oktyabr ayının 4-də qərara gəlmişdir ki, neftin hasilatın cari ilin noyabr ayı üçün gündəlik hasilatını 400 min barrel artırsınlar. Öncəki qərarlarda hasilat artımı neftin qiymətinin biq qədər zəifləməsini dəstəklədiyi halda, hazırda isə əksinə, yenidən artırır. Bu da treyderlər tərəfindən neftə olan tələbin qarşıdakı aylarda daha da yüksək olacağı proqnozu ilə əlaqələndirilir.