ABŞ prezidenti Co Bayden Ankaranın Suriyadakı hərəkətləri səbəbiylə Türkiyəyə qarşı sanksiyaların müddətini uzatdığını açıqlayıb.
Banker.az xəbər verir ki, onun sözlərinə görə, “Türkiyə hökumətinin Suriyanın şimal-şərqindəki addımları İŞİD-in məğlub edilməsi kampaniyasına xələl gətirir, eyni zamanda mülki əhalini təhlükəyə atır və bölgədəki sülh, təhlükəsizlik və sabitliyi pozur”.
Xatırladaq ki, məhdudiyyətlər 2019-cu ildə Türkiyə Silahlı Qüvvələrinin kürdlərə qarşı siyasəti, o cümlədən Suriyaya müdaxilə etməsi səbəbindən tətbiq edilib. Onda ölkənin müdafiə naziri, Türkiyə Baş Qərargahının keçmiş komandanı, eləcə də Müdafiə Nazirliyinin özü sanksiyalar altına düşüb.
Suriyada münaqişə 2011-ci ildən bəri davam edir. Cümhuriyyət hakimiyyəti dəfələrlə vurğulayıb ki, əsasən ölkənin neft olan bölgələrində cəmləşən ABŞ qüvvələri icazəsiz olaraq orada yerləşib.