12 C
Baku
Sunday, November 24, 2024

Azərbaycandakı sənaye şirkəti ləğv edilir

“Zəyəm Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı 30 noyabr 2021-ci il tarixdə saat 12:00-da Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsi 60A ünvanında yerləşən Əliyeva Həmidə Qələndər qızına məxsus yeməkxana binasında keçiriləcəkdir.

İclasın gündəliyinə çıxarılacaq məsələlər:

1. 2020-ci ilin yekunları ilə əlaqədar hesabatların təsdiq edilməsi.

2. “Zəyəm Sənaye İstehsalat” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Mustafayev Rəşid Məmməd oğlunun təklifinin müzakirə edilərək, təklifin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi.

O cümlədən: 2.1 “Zəyəm Sənaye İstehsalat” Açıq Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasının tərkibini təsdiq etmək; 2.2 “Zəyəm Sənaye İstehsalat” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsinin müddətini müəyyən etmək.

Son xəbərlər
Digər xəbərlər