9 C
Baku
Monday, November 18, 2024

Kim Çen İn ABŞ və Cənubi Koreyanı ikiüzlülükdə ittiham edib

KXDR düşmən qüvvələrə müqavimət göstərmək üçün özünümüdafiəni daha da gücləndirmək niyyətindədir.

Banker.az xəbər verir ki, bu barədə ölkə lideri Kim Çen İn müdafiə inkişafları sərgisində çıxışı zamanı bildirib. O, Seul və Vaşinqtonu ikiüzlülükdə ittiham edib.

“Bizim düşmənimiz Cənubi Koreya və ABŞ kimi dövlətlər deyil, müharibənin özüdür. Ancaq dinc səylərimiz heç bir şəkildə özünümüdafiə hüququndan imtina etdiyimizi ifadə etmir”, – deyə Kim Çen İn əlavə edib.

Siyasətçi Seulun KXDR-in “özünümüdafiə hüququna” təcavüz etməyə davam etdiyi təqdirdə Pxenyana qəti cavab verəcəyini söyləyib. “Həmvətənlər arasındakı o qorxunc hekayə bir də təkrarlanmamalıdır”, – Kim Çen İn.

Xatırladaq ki, KXDR 4 oktyabrda Cənubi Koreya ilə rabitə əlaqələrini bərpa edib. Bundan əvvəl isə Cənubi Koreya və ABŞ-ın avqust təlimləri fonunda KXDR lideri zənglərə cavab verməməyə başlayıb.

 

Son xəbərlər
Digər xəbərlər