Aqrar Tədqiqatlar Mərkəzi 2020-ci ili 953 min manat zərərlə başa vurub. 2019-cu ildə isə Aqrar Tədqiqatlar Mərkəzi 701 min manat mənfəət etmişdir.
Banker.az bu barədə Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir.
Aqrar Tədqiqatlar Mərkəzinin ümumi gəlirləri 1 milyon 156 min manat olub ki, ötən ilə nisbətən 3.5 dəfə azalma deməkdir. Qeyri-birja əməliyyatlarından gəliri 867 min manat, Birja əməliyyatlarından gəliri 271 min manat, digər gəlirlər 17 min manat təşkil edib.
2020-ci ildə ATM-in aktivləri 2 milyon 885 min manat təşkil edib ki, bu da illik müqayisədə 1.4 dəfə azdır.
Ötən il Aqrar Tədqiqatlar Mərkəzinin cəmi öhdəlikləri 26% azalaraq 842 min manat, cəmi kapitalı isə 32% azalaraq 2 milyon 42 min manat olub.