Koreyanın “Kia” şirkəti yeni “Sorento” krossoverini təqdim edib.
Banker.az xəbər verir ki, şirkətin press-relizində deyildiyi kimi, avtomobilin bütün komplektasiyaları ön şüşənin qızdırılması funksiyası ilə təchiz edilib.
“Classic”, “Comfort” və “Luxe” komplektasiyalarında 8 düymlük multimediya sistemi, o cümlədən simsiz “Android Auto” və “Apple Carplay” dəstəklənir.
“Premium” və “Premium +” komplektasiyalarında ən vacib məlumatları ön şüşədə əks etdirmək mümkündür. “Prestige” komplektasiyasından başlayaraq bütün avtomobil modelləri “Kia Connect” texnologiyası ilə təchiz edilib.
“Kia Sorento” yeni loqo alıb. Bundan əlavə, avtomobilin “Runway Red” (qırmızı) rəngdə versiyası təqdim edilib, “Silky Silver” rəngini isə “Steel Grey” əvəz edib. Eyni zamanda “GT Line” və “GT Line+” komplektasiyalarında salon qırmızı dəri ilə işlənib.