2 C
Baku
Saturday, December 14, 2024

 “Embafinans” BOKT daha 3 mln. manatlıq faizli borca girir 

18 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC -nin ümumi dəyəri 3 mln.  manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya şirkəti” QSC-dir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya şirkəti” QSC-dir.

İstiqrazlar 3 il müddətinə olmaqla 10 faiz illik ödəniş faizi ilə cəlb emissiya ediləcək.

“Embafinans” 2020-ci il ərzində kredit portfelini 7 milyon 580 min, yaxud 22% azaldaraq 27 milyon 409 min manata qədər azaldıb. Kredit təşkilatının aktivlərinin digər hissəsi əmlak və avadanlıqların həcmi də son bir il ərzində kiçilib. Bu aktivlərin həcmi 5 milyon 27 min manatdan 4 milyon 727 min manata qədər azalmışdır.

Beləliklə, aktivlər son bir ildə 18% azalmaqla 34 milyon 428 min manata qədər azalmışdır.

Kredit təşkilatı 1 yanvar 2021-ci il tarixinə 12 milyon 448 min manat banklara, 1 milyon 506 min manata qədər isə qiymətli kağızlar üzrə borcu vardır.

Cəmi öhdəliklərinin həcmi isə 18 milyon 666 min manat olub.

Səhmdar cəmiyyətin illərin bölüşdürülməmiş mənfəəti 5 763 min manat olub.

Cari ilin mayında da “Embafinans” kapital bazarında 1.5 mln. manat faizli borc cəlb etmişdi.

Xatırladaq ki, “EmbaFinans” 10 milyon manat səhm kapitalına sahibdir. Səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Məşhur Məmmədova (Milli Məclisin deputatı), 14%-i isə Tamara Polyakovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər