Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında (yanvar-sentyabr dövründə) xarici ticarət iştirakçılarının sayı 50 min 149 şəxs olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 min 960 şəxs çoxdur. 2020-ci ilin 9 ayında xarici ticarət iştirakçılarının sayı 36 min 189 şəxs təşkil etmişdi.
Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 606 şəxs artaraq 7 min 958 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 13 min 354 şəxs artaraq 42 min 191 şəxsə yüksəlib. Ötən ilin 9 ayında 7 min 352 hüquqi, 28 min 837 fiziki şəxs xarici ticarət iştirakçısı idi.