Bu ilin oktyabr ayının 1-nə, Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 3 940 olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən il eyni dövrü ilə müqayisədə 4.2% azdır.
Bu sahədə çalışanlar ölkə üzrə fərdi sahibkarların 0.3%-ni təşkil edib.
Qeyd edək ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9%), Lənkəran-Astara (9,9%), Qazax-Tovuz (7,5%) və Mərkəzi Aran (6,8%) iqtisadi rayonlarında qeydiyyata alınmışdır.