10 C
Baku
Tuesday, November 26, 2024

İlon Maskın sərvəti 250 mlrd. dolları keçib

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Maskın sərvəti 252 milyard dolları ötüb. Banker.az xəbər verir ki, son 24 saat ərzində milyarder təxminən 4 milyard dollar varlanıb.

Xatırladaq ki, daha əvvəl elektromobil istehsalçısı rüblük gəlirinin rekord 1.5 milyard dollara çatması barədə açıqlama verib. Maskın ən yaxın təqibçisi Ceff Bezos ondan təxminən 60 milyard dollar geriləyib.

Son bir ildə İlon Maskın kapitalı 82.7 milyard dollar artıb. Qeyd edək ki, “Forbes” 50 yaşlı sahibkarın varidatını cəmi 229.6 milyard dollar olaraq qiymətləndirir. Milyarderin aktivləri “Tesla” səhmlərinin bahalaşması sayəsində yüksəlib – qiymətli kağızlar 2% artaraq rekord 910 dollara çatıb. Bu, şirkətin 2021-ci ilin üçüncü rübünün maliyyə nəticələrini açıqladıqdan sonra baş verib.

Əgər 2021-ci ilin əvvəlində İlon Mask “Tesla”da 22.4 faiz paya sahib idisə, indi onun payı 201 milyard dollar təşkil edir. Sahibkarın qalan sərvəti bu yaxınlarda 100 milyard dollar olaraq qiymətləndirilən “SpaceX” (48%) ilə əlaqələndirilir. O, “TikTok”dan sonra dünyanın ən bahalı özəl şirkəti sayılır.

Xatırladaq ki, daha əvvəl “Morgan Stanley” analitiki Adam Conas İlon Maskın dünyanın ilk trilyonçusu olacağını söyləyib. Bundan əlavə, ekspert iş adamının əsas sərvətini “Tesla” deyil, “SpaceX” sayəsində qazanacağını vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər