15 C
Baku
Sunday, November 24, 2024

“Hertz” şirkəti “Tesla”dan 100 min elektromobil alıb

Avtomobil icarəsi xidməti “Hertz” 2022-ci ilin sonuna qədər “Tesla”dan 100 min elektromobil alacaq.

Banker.az xəbər verir ki, “Bloomberg” mənbələrinin məlumatına görə, sövdələşmənin dəyəri 4.2 milyard dollar olaraq qiymətləndirilir. Bakı vaxtı ilə saat 19:30-da “Hertz”in səhmləri 7.29% artaraq 26.49 dollar, “Tesla”nın səhmləri isə 5.73% artaraq 960.78 dollar olub.

“Hertz” qeyd edib ki, “Tesla Model 3” avtomobilləri noyabr ayında ABŞ və bəzi Avropa şəhərlərində icarəyə veriləcək. Şirkət həmçinin elektrik avtomobilləri icarəyə götürən müştərilərin istifadəsinə veriləcək minlərlə şarj cihazı quraşdırmağı planlaşdırır.

Nəşrin məlumatına görə, “Hertz” sifarişini qarşıdakı 14 ay ərzində alacaq. 2020-ci ildə şirkət 499 550 avtomobil, 2021-ci ilin ilk üç rübündə isə 627 572 avtomobil istehsal edib.

2020-ci ilin may ayında “Hertz” iflas və yenidəntəşkil üçün müraciət göndərib – Covid-19 pandemiyası səbəbindən avtomobillərə tələbatda kəskin azalma ilə üzləşib. İyun ayında şirkət iflasdan çıxdığını elan edib.

Son xəbərlər
Digər xəbərlər