26 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2012002021 dövlət qeydiyyat nömrəli, 15 milyon dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Banker.az BFB-ya istinadən hərrac zamanı 23 investor tərəfindən 24 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 6 % , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15 milyon dollar təşkil etmişdir.
“İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil etmişdir” – deyə açıqlamada deyilir.
Yerləşdirmə üzrə baş anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.