Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
İtaliyanın paytaxtı Romada keçirilən görüş, G-20 sammiti çərçivəsində baş tutub.
Görüş 50 dəqiqə davam edib.
Görüşün nəticələri barədə hələ tərəflər açıqlama verməyib.
Qeyd edək ki, Türkiyə və Fransa arasında Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizində enerji resursları və təhlükəsizlik başda olmaqla, bir çox məsələlərdə fikir ayrılığı var. İki prezidentin görüşündə də bu mövzuların diqqət mərkəzində olacağı gözlənilirdi.
Sammit çərçivəsində R.T.Ərdoğanın G-20 zirvəsində son dəfə iştirak edən Almaniya kansleri Angela Merkellə ikitərəfli görüşü də nəzərdə tutulub.