8 C
Baku
Friday, December 13, 2024

Hakim “Azərxalça”nın sabiq sədrinin azadlığa buraxılmasına münasibət bildirib

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi onu məsuliyyətdən azad etmir və işin mahiyyətinə heç bir təsir göstərmir”.

Bunu açıqlamasında Bakı Ağır Cinayətlər Məhkəməsinin spiker-hakimi Əfqan Hacıyev deyib.

O bildirib ki, Vidadi Muradovun cinayət işinə məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

Xatırladaq ki, ötən həftə “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Report

Son xəbərlər
Digər xəbərlər