17 C
Baku
Friday, October 18, 2024

ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir

ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olson Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Noyabrın 2-4-dək sürəcək səfər zamanı diplomat Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələri müzakirə edəcək.

Məlumata görə, İrəvanda ABŞ səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə Vaşinqtonun Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər