“Ethereum” tarixdə ilk dəfə 4.5 min dolları keçib

“Ethereum” kriptovalyutasının dəyəri tarixdə ilk dəfə 4.5 min dolları keçib. “CoinGecko” məlumatına əsasən, rəqəmsal valyuta son sutkada 3% bahalaşıb, kapitallaşması isə 529 milyard dollara çatıb. Xatırladaq ki, son rekord 4.4 min dollar olub və 29 oktyabrda qeydə alınıb.

Banker.az xəbər verir ki, noyabrın 2-də ən böyük maliyyə derivativləri bazarı “CME Group” 1/10 “Ethereum” fyuçerslərinin dövriyyəyə buraxıldığını açıqlayıb. Yeni alətin ticarəti dekabrı 6-sı başlayacaq. Bir fyuçers müqaviləsinin dəyəri 01. ETH təşkil edəcək.

coindesk ETH chart 2021 11 03

Xatırladaq ki, 5 avqustda 732 min ETM “yandırılıb” (tokenlərin bir hissəsinin sayı azaltmaq məqsədilə məhv edilməsi, inflyasiya ilə mübarizə aparmaq və kriptovalyutanın dəyərini artırmaq məqsədilə tətbiq olunur).

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər