Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 256 yeni yoluxma faktı qeydə alınıb, 2 208 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Banker.az”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.