Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin səlahiyyətlləri çərçivəsində olan tenderlə bağlı səalahiyətlərdən biri götürülüb.
Banker.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilib.
Fərmana görə, həmin fərmandanın 2.9-cu bəndindən “17.3-cü,” sözləri çıxarılıb.
Bu ehtimal olunan qiyməti bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan məbləğdən yuxarı olan malların (işlərin və xidmətlərin) digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etməsi şərti ilə aparıla bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsinə əsasən digər satınalma metodlarının tətbiqi barədə qərarını müraciət daxil olduğu gündən 10 bank günü ərzində qəbul edir.
Burada da “müvafiq icra hakimiyyəti orqanı” səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirdi.
*17.1- Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır” kimi qeyd edilir.