13 C
Baku
Saturday, November 23, 2024

Hesablama Palatasının sədri: “Büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var”

“Büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Hesablama Palatasının sədri bildirib ki, zərfə daxil olan sənədlərin bəzilərinin informativ xarakterdə olması makrofiskal kontekstdə təhlillərin həyata keçirilməsinə mane olur: “Büdcə sistemi haqqında qanunun 12 və 15-ci maddələrinə dəyişiklik edilməsi ilə bağlı təkliflərimizi rəyə daxil etmişik”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər