13 C
Baku
Saturday, November 23, 2024

DSMF-nin gəlirləri 10% artıb

Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 4 372 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 380 milyon manat və yaxud 9,5% çoxdur.

Hesabat dövründə Fondun xərcləri isə 4 054 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 146 milyon manat və yaxud 3,7% çoxdur.

10 aylıq xərclərin 97%-ni əhaliyə ödənişlər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər