Azərbaycanda əsas kapitala yönələn vəsaitlərə nəzər yetirsək, kənd təsərrüfatı sahəsinə son illərdə təxminən illik 500 mln. manatdan çox investisiyalar müşahidə olunur.
Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda aktiv işçi qüvvəsinin 36%-i kənd təsərrüfatında çalışır və bu cəhətdən ölkədə heç bir problem yoxdur.
Agentliyin sədri onu da qeyd edib ki, bu günə ölkə torpaqlarını 50%-i kənd təsərrüfatına yararlıdır və həmin 50%-in 38%-i əkinə tam yararlı torpaqlardır.