Xəzər bölgəsinin böyük hava yükdaşımaları şirkəti olan “Silk Way” West Airlines” MMC “Dubai Airshow 2021” sərgisi çərçivəsində donanmanın yenilənməsi məqsədilə “Rolls-Royce” ilə strateji müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, şirlət bununla bağlı bu gün press-reliz dərc edərək məlumat verib.
“Silk Way” West Airlines şirkətinin RB211-524 mühərrikli beş “Boeing 747-400F” təyyarəsi üçün əvəzedici mühərriklər təchiz edəcək müqavilə, eyni zamanda, aviaşirkətin 2026-cı ilədək əməliyyat dayanıqlılığını, habelə donanmanın yenilənməsi proqramının bir hissəsini təmin edəcəkdir.
«Razılaşmaya əsasən, “Silk Way” West Airlines növbəti beş il ərzində mühərrik istismar müddətinin ən az 20 000 uçuş dövrü ilə təmin ediləcək»- deyə, şirkətdən bildirilir.
Banker.az olaraq xatırladırıq ki, avişirkət Azərbaycanda kapital bazarında çıxəş edərək, Azərbaycanda 50 milyon ABŞ dolları həcmində borclu vəsait cəlb edəcəyini açıqlamışdı. Həmin istiqrazların illik ödəniş faizi 5% təşkil edir.
2017-ci ildən etibarən “Silk Way” West Airlines Boeing 747-400F aviaparkına texniki xidmət göstərən “Rolls-Royce” aviaşirkətlə əməkdaşlıq edir. Tərəflərin imzaladığı ilkin razılaşma bir sıra xidmətlər vasitəsilə hava yükdaşımaları şirkətində mühərriklərin qüsursuz çalışmasını nəzərdə tuturdu.
İmzalama mərasimində çıxış edən “Silk Way Group”un prezidenti Zaur Axundov “Rolls-Royce” ilə əlaqələrin əhəmiyyətini qeyd edib: «Rolls-Royce ilə uzunmüddətli əməkdaşlığımızı uğurla davam etdirməkdən böyük şərəf duyuruq. Qlobal tərəfdaşlarımızdan biri ilə sıx münasibətlərin bir hissəsi kimi bu sazişin imzalanması ikitərəfli münasibətlərimizin tarixində yeni mərhələdir. Bunun sayəsində, Silk Way West Airlines planlaşdırılmış donanma yenilənməsi ilə bağlı biznes strategiyasını uğurla həyata keçirə biləcək».