Bitkoinin məzənnəsi 6 min dollar azalaraq 60.2 min dollar olub. Banker.az xəbər verir ki, son 24 saat ərzində dünyanın ən populyar kriptovalyutası 7.6% ucuzlaşıb. Aktivin bazar dəyəri 39.7 milyard dollar azalaraq 1.15 trilyon dollara düşüb.
Qeyd edək ki, bitkoindən sonra digər altkoinlər də ucuzlaşıb: “Ethereum” – 8% (4.3 min dollar), “Binance Coin” – 7% (609 dollar). Bazar dəyərinə görə ilk yüzlüyə daxil olan “Kadena” (-15%), “Crypto.com Coin” (-12.7%) və “THORChain” (-12.6%) da düşüb.
Bitkoinin dəyəri noyabrın 10-da tarixin ən yüksək səviyyəsinə – 69 min dollara çatıb, sonra isə azalmağa başlayıb. Noyabrın 14-də bitkoinin son dörd ildə ilk dəfə funksionallığı genişləndirilib. Bu, bitkoin şəbəkəsinin miqyaslılığı, məxfiliyi və effektivliyi ilə əlaqəli olub.