Türkiyə Mərkəzi Bankının Pul Komitəsinin bugünki iclasında uçot faiz dərəcəsini 16%-dən 15%-ə qədər azaldıb.
Banker.az xəbər verir ki, bununla bağlı artıq öncədən dövlət başçısının siqnalları və TCMB-nin yeni siyasətindən irəli gələrək 100 baza bəndi azaldılacağı ehtimalları kəskin yüksəlmişdi. Bu ehtimala görə artıq dollar/lirə cütlüyü son günlərdə 9.5 səviyyəsindən 10.85 səviyyəsinə qədər yüksəlmişdi. Bəzi saatlarda isə 1 dollar 10.96 lirə səviyyəsini də test edib.
Bakı vaxtı ilə 15:20 radələrinə USD/TRY məzənnəsi ticarət sessiyasında 1.23 faiz artımla 10.7723 səviyyəsinə çatıb.
Dünyada qiymət artımlarına reaksiya olaraq mərkəzi banklar faiz dərəcələrinə getdiyi bir zamanda Türkiyə Mərkəzi Bankı, bunun əksi, faiz dərəcəsini endirməli oldu. Çünki, əksər hallarda mərkəzi banklar inflyasiyaya qarşı sərt monetar siyasətə əl atıb, faiz dərəcələrini artırırlar. Beləliklə, TCMB sentyabrda uçot faiz dərəcəsini 4% bəndi azaltmalı oldu. Hazırda ölkədə inflyasiya 20%-ə yaxındır.
Bloomberg-in araşdırmasına görə, Türkiyədə hökumət və şirkətlər ilin sonuna qədər 13 milyard dollarlıq xarici borcu qaytarmalıdır. Bunun yarıdan çoxu – 8 milyard dolları təkcə noyabrın payına düşür.
Agentlik qeyd edib ki, hazırda lirə üzərində böyük təzyiq olduğu bir vaxta, bu həcmdə ödənişlər də daxili bazarda xarici valyutaya olan tələbi böyüdür. Bloomberg agentliyi isə böyük həcmdə xarici maliyələşməyə əsaslanan iqtisadiyyat üçün, aqressiv faiz endirilməsini risk sayırdı.
TCMB-nin faiz endirimə getməsi təkcə 2021-ci ildə lirənin 25% devalvasiyasına səbəb olacaq.