7 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan “olamam, olmam” dedi, lirə yeni tarixi minimuma endi

Türkiyədə hakim partiya AKP-nin qrup toplantısında Prezident Rəcəb Təyyub Ərdoğanın faizə qarşı olduğunu təkrarlaması və faizi müdafiə edənlərlə əsla eyni yolda olmaması ilə bağlı verdiyi açıqlama türk lirəsini tarixi minimuma saldı.

Banker.az xəbər verir ki, Ərdoğanın bu açıqlamasından sonra milli valyuta lirə ABŞ dolları qarşısında tarixi minimumla 14 kuruş, yaxud 1.38 faiz zəifləməklə məzənnəni 10.4594 çatdırıb. Avrozona valyutası birjalarda ucuzlaşsa belə, bu Türk lirəsi qarşısında əksinə dinamika nümayiş etdirir. EUR/TRY cütülü də tarixi maksimuma yüksəlməklə 11.8576 səviyyəsində olub, bu da günlük 1.520% yüksəlişdir. Bu arada bir faktı qeyd edək, ABŞ dolları hazırda 2020-ci ilin iyunundan bu tərəfə ilk dəfə indeksini 96.00 bəndini ötüb.

213123123

“İnflyasiyaya səbəb, faizin nəticəsidir, bunu fərqli yerlərə yozanlara deyirəm ki, boşuna vaxt itirməyin” – deyə Türkiyə lideri deyir.

Cənab Ərdoğana görə, “faiz bəlasını millətin çiyinləri üzərindən” qaldırılacaq.

“Biz faizə heç bir halda millətimizi əzdirməyəcəyik. Bunun başqa çıxışı yoxdur”- deyə dövlət başçısı deyir.

“Mən bu iş adamlarını da anlamıram. Bəs endirilmiş faizlə niyə kredit almırsan? Bunlar necə iş adamıdır?”

Dünyada qiymət artımlarına reaksiya olaraq mərkəzi banklar faiz dərəcələrinə getdiyi bir zamanda Türkiyə Mərkəzi Bankı, bunun əksi, faiz dərəcəsini endirmək fikrindədir. Hətta oktyabrda bir TC prezidenti Mərkəzi Bankın Pul Komitəsinin üzvlərindən üçünü dəyişdi. Bəzi məlumatlarda onlarda faizlərin endirilməsinə maneə yaratdıqları bildirilirdi. Məsələn, TCMB sentyabrda uçot faiz dərəcəsini 1%, oktyabrda isə gözləniləndən daha çox – 2% bəndi azaldıb. TCMB-nin Pul Komitəsinin qərarına əsasən uçot dərəcəsi 16%-ə qədər endirib. Hazırda ölkədə  inflyasiya 20%-ə yaxındır.

Bloomberg-in keçirdiyi sorğuya görə, TCMB-nin Pul komitəsinin bu həftə planlanan yığıncağında faiz endirimlərinə davam edərək, uçot dərəcəsini 1 faiz bəndi də aşağı salacağı gözlənilir.

Bundan əlavə, Türkiyədə hökumət və şirkətlər ilin sonuna qədər 13 milyard dollarlıq xarici borcu qaytarmalıdır. Bunun yarıdan çoxu –  8 milyard dolları təkcə noyabrın payına düşür.

Agentlik deyir ki, hazırda lirə üzərində böyük təzyiq olduğu bir vaxta, bu həcmdə ödənişlər də daxili bazarda xarici valyutaya olan tələbi böyüdür. Bloomberg agentliyi isə böyük həcmdə xarici maliyələşməyə əsaslanan iqtisadiyyat üçün, aqressiv faiz endirilməsini risk sayır. TCMB-nin faiz endirimə getməsi təkcə 2021-ci ildə lirənin 25% devalvasiyasına səbəb olacaq.

 

Son xəbərlər
Digər xəbərlər