“Azərsu” ASC İslam İnkişaf Bankı ilə birgə reallaşdırdığı “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Layihəsi Proqramı” layihəsinin 2021-ci maliyyə ili üzrə auditi üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 3-ü, saat 18:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 431-47-67 (daxili:2259) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.