13 C
Baku
Tuesday, May 7, 2024

Şahin Mustafayev İrana gedəcək

Noyabrın 21-də Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.

Səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.

Nümayəndə heyətinin İranın Birinci vitse-prezidenti Məhəmməd Muxbir ilə görüşü də nəzərdə tutulub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər