“Hesablama Palatasının dövlət büdcəsinə rəyinə münasibətimizi müvafiq məktubla bildirəcəyik”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bizim standartlarımızın beynəlxalq standartlarla eynilik təşkil etməsi üçün işlər görülür: “Bu istiqamətdə işlər nəzarətdə saxlanılır. Amma hazırda beynəlxalq standartlarla bizim standartlarımız arasında fərqlər mövcuddur”.