18 C
Baku
Friday, November 22, 2024

Sənaye və istehsal sektoruna kredit qoyuluşu 23.1% azalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankının “Kredit qoyuluşlarının sahələr üzrə struktur hesabatı”na görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu son 1 ildə azalıb.

Banker.az hesabata istinadən xəbər verir ki, cari ildə noyabrın 1-inə olan məlumata görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu 945.2  milyon manat olub. Bu, oktyabrın 1-inə olan göstərici ilə müqayisədə 4.1% çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu rəqəm 23.1% azalıb.

Hesabata əsasən, sənaye və istehsal sektorunda kreditlərin cəminin kredit qoyuluşunda xüsusi çəkisi  5.8% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər