İsveç parlamenti Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Anderssonu yeni Baş nazir seçib.
Bununla da tarixdə ilk dəfə ölkənin Baş naziri vəzifəsinə xanım seçilib.
M.Andersson 2014-cü il seçkilərində deputat seçilərək Baş nazir Stefan Löfven tərəfindən maliyyə naziri təyin edilib. 2020-ci ildə BVF-nin Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin sədri seçilib. 2014-cü ildən bu yana hökumətə başçılıq etmiş Baş nazir və SDP-nin sabiq sədri Stefan Löfven bu il iyunun 28-də istefa ərizəsi verib, noyabrın 10-da isə 349 yerlik parlament 181 səslə ilk dəfə Baş nazirə etimadsızlıq göstərib.
S.Löfven hələ avqustun 22-də partiya sədrliyindən getdiyini açıqlayıb. Noyabrın 4-də SDP konqresində yeganə namizəd olan Maqdalena Andersson partiyanın yeni sədri seçilib.