“Azərbaycanda rus dilinin inkişaf etdirilməsinə böyük diqqət yetirilir”.
Bunu Prezident İlham Əliyevlə görüşündə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, ölkədə rus dilinə verilən diqqətə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
“Azərbaycanda məktəb şagirdlərinin 34 faizi rus dilində təhsil alır, ya da müəyyən dərəcədə rus dilini öyrənir. Bu yüksək göstərici Azərbaycan rəhbərliyi və xalqının bizimlə yaxın, çoxşaxəli təmaslar saxlamaq istəməsindən xəbər verir” – deyə Rusiya lideri qeyd edib.